İsrailin baş naziri Benyamin Netanyahunun Qəzza zolağında törətdiyi hərbi cinayətləri Hitlerin başçılıq etdiyi nasist rejiminin əməlləri ilə müqayisə etmək olar.
NOCOMMENT.az xəbər verir ki, bunu Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Netanyahu, onun bu gün törətdiyi cinayətlər və Hitler arasında 80 il əvvəl nasist Almaniyasında baş verənlər arasında heç bir fərq yoxdur”, – deyə Ərdoğan bildirib.
Ərdoğan yenidən Qərb ölkələrini Qəzza zolağında baş verən faciə ilə bağlı fəaliyyətsizlikdə ittiham edib.
“Almaniya hələ də Hitlerin etdiklərinin əvəzini ödəyir, ona görə də susur. Qərbin İsrailə borcu var, Türkiyənin yox.
“Amerika İsrailə hər cür yardım göstərir”, – Türkiyə lideri əlavə edib.