Ərdoğan Netanyahunu Qəzzadakı hadisələrə görə “cəllad” adlandırıbbackend

Ərdoğan Netanyahunu Qəzzadakı hadisələrə görə “cəllad” adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunun adını Qəzza zolağının cəlladı kimi tarixə yazdığını bildirib. Onun sözlərini “Habertürk” qəzeti sitat gətirir.

“Keçən əsrin Qəzzada ən böyük vəhşiliklərindən birini törədən Netanyahu artıq öz adını Qəzzanın cəlladı kimi tarixə yazdı”,- Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının toplantısında Türkiyə prezidenti bildirib.

Bundan əlavə, Ərdoğan Qəzza zolağında törədilən cinayətlərə görə İsraili qanun qarşısında cavablandırmaq niyyətində olduğunu açıqlayıb və “Qərb ölkələrinin laqeydliyini unutmayacağıq” deyib.

Türkiyə prezidenti həmçinin Netanyahunu antisemitizmi qızışdırmaqda ittiham edib. Ərdoğanın sözlərinə görə, İsrail ordusu Qəzza zolağında 2,3 milyon insana “soyqırım törədib” və İsrailin baş naziri “bütün yəhudilərin təhlükəsizliyini təhlükə altına qoyur”.