Suriyanın digər bölgələrində də terrorçular məhv ediləcək.
NOCOMMENT.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Suriya qaranlıq olan Baas hakimiyyətinin ardından parlaq günlərə çıxıb. Ölkənin digər bölgələrində də İŞİD və PYD kimi terror təşkilatları ən qısa zamanda darmadağın ediləcək. Beləliklə, Suriyanın ərazi bütövlüyü və suverenliyi bütün ölkə ərazisində möhkəmlənəcək. Suriya xalqının birliyini bərpa etməyə yaxınlaşdığı bu dövrdə heç bir rasional gücün terror təşkilatları ilə əməkdaşlıq edəcəyini düşünmürük.
Gözünü Suriya torpaqlarına dikmiş hər kəsə xatırlatmağı faydalı hesab edirəm. Türkiyə olaraq Suriyanı bu səviyyəyə çatdırmaq üçün böyük fədakarlıqlar etdik. Biz Suriya ərazisinin yenidən bölünməsinə icazə verə bilmərik. Onların öz evlərinə qaytarılması üçün heç bir təxribatı qəbul edə bilmərik”.