Ərdoğan prezident seçkilərinin vaxtını açıqladıbackend

Ərdoğan prezident seçkilərinin vaxtını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkiləri və 28-ci dönəm parlament seçkiləri ilə bağlı açıqlama verdi: “Əziz millətim, hörmətli mətbuat nümayəndələri, sizi ən səmimi hisslərimlə salamlayıram. Konstitusiyamızın 116-cı maddəsinin verdiyi səlahiyyətlə 2023-cü il iyunun 18-də keçirilməli olan prezident və parlament seçkilərinin mayın 14-də yenidən keçirilməsi haqqında qərarı indicə imzaladım”.

NOCOMMENT xəbər verir ki, sabah rəsmi qəzetdə dərc olunacaq bu qərardan sonra YSK 2 aylıq seçki təqviminə başlayacaq. Buna uyğun olaraq ümid edirəm ki, millətimiz 2 ayın ilk bazar günü, 14 may 2023-cü ildə prezident və millət vəkillərini seçmək üçün seçkiyə gedəcək.