İstanbulda Rusiya-Ukrayna danışıqlarının ikinci raundundan sonra Türkiyə tərəfi Rusiya, ABŞ və Ukrayna prezidentləri Vladimir Putin, Donald Tramp və Vladimir Zelenskinin iştirakı ilə liderlər səviyyəsində sammit təşkil etmək istəyir.
NOCOMMENT.az xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan deyib.
“Biz Zelenski, Putin və prezident Tramp arasında İstanbul və ya Ankarada görüş keçirəcəyimizə ümid edirik”, – Ərdoğan bildirib.
Türkiyə prezidenti Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda apardığı danışıqlardan da danışıb. Onun sözlərinə görə, bu əlaqələr çox vacibdir. Ərdoğan görüşlərin Türkiyədə keçirilməsindən qürur duyduğunu vurğulayıb.
İyunun 2-də İstanbulda Rusiya və Ukrayna arasında münaqişənin həlli üzrə danışıqların ikinci raundu keçirilib.