Ərdoğan Putinlə danışacaq – Çavuşoğlu açıqladıbackend

Ərdoğan Putinlə danışacaq – Çavuşoğlu açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dekabrın 3-də Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparacağı və bu danışıqlarda Ukraynadakı vəziyyətə toxunacağı gözlənilir.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu NATO xarici işlər nazirlərinin toplantısının keçirildiyi Riqada Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Biz iki tərəflə (Rusiya və Ukrayna) əlaqə saxlayırıq və gərginliyin azaldılmasının tərəfdarıyıq. Bu yaxınlarda mən Lavrov və Dmitri Kuleba ilə danışıqlar apardım. Cümə günü prezidentimiz Prezident Putinlə danışıqlar aparacaq”, – deyə nazir qeyd edib.