Ərdoğan Putinlə danışıbbackend

Ərdoğan Putinlə danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

NOCOMMENT xəbər verir ki, Rəyasət Heyətinin Kommunikasiya Müdirliyindən verilən məlumata görə, görüşdə Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşdırılması istiqamətində atılan addımlar və Rusiya-Ukrayna müharibəsi ilə bağlı inkişaflar müzakirə edilib.

Prezident Ərdoğan görüş zamanı Rusiya Prezidenti Putinə Qara Dəniz Taxıl Təşəbbüsünün genişləndirilməsi ilə bağlı müsbət münasibətinə görə təşəkkür edib.

Prezident Ərdoğan Rusiya ilə Ukrayna arasındakı münaqişələrin danışıqlar yolu ilə tez bir zamanda sona çatdırılmasına önəm verdiklərini bildirib.

Prezident Ərdoğan Soçidə razılaşdırılan iqtisadi əməkdaşlıq əsasında yeni addımlar ata biləcəklərini bildirib.