Ərdoğan: Putinlə əlaqələri kəsməyəcəmbackend

Ərdoğan: Putinlə əlaqələri kəsməyəcəm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biz hazırda həm Rusiya, həm də Ukrayna ilə bağlı balans siyasəti aparırıq. Bu balans siyasətində, şübhəsiz ki, cənab Putin və ya cənab Zelenski ilə əlaqələri kəsmək fikrim yoxdur.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Putin və Zelenski ilə telefon diplomatiyasını davam etdirirəm. Xüsusi nümayəndəmi onların yanına göndərmişəm və bundan sonrakı prosesdə də buna davam edəcəyik. Çünki yeni dünya müharibəsinin başlamasının nə bölgəmizə bir faydası var, nə də dünyaya”, – deyə Ərdoğan bildirib.