“Əgər gərgin vaxtlarda fürsət tapsaq, cənab Putinlə üz-üzə görüşəcəyik”.
NOCOMMENT.az xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Macarıstandan qayıdarkən jurnalistlərin sualını cavablandırarkən deyib.
“Ukraynadan, Odessadan çıxan bu gəmi taxıl gəmisi deyil, konteynerdir. Milli Müdafiə Nazirliyimiz bununla bağlı artıq açıqlama verib. Burada bütün məqsədimiz Rusiyanın taxıl dəhlizinə müsbət münasibətidir.
Sentyabrda Hindistanda G-20, ABŞ-da isə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası keçiriləcək. Bu gərgin mühitdə fürsət tapsaq, cənab Putinlə üzbəüz görüşüb söhbət edəcəyik.
Tezliklə xarici işlər nazirim Rusiyaya səfər edə bilər. Çünki bu işin üzbəüz olması böyük əhəmiyyət kəsb edir və nəticəni bu şəkildə almaq daha doğru olar”, – o deyib.