Ərdoğan: Qarşıdakı həftələrdə Azərbaycana səfər edəcəyəmbackend

Ərdoğan: Qarşıdakı həftələrdə Azərbaycana səfər edəcəyəm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarşıdakı həftələrdə yenə Azərbaycanda olacağıq”.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Millət Məclisinin növbəti qanunvericilik ilinin açılışında deyib.

“Keçən il Türkiyə Böyük Millət Məclisinin növbəti qanunvericilik ilinin açılışında Vətən müharibəsi aparan azərbaycanlı qardaşlarımıza dualarımızı çatdırmışdıq. Çox şükür, 44 gün davam edən çətin mübarizə Azərbaycanın zəfəri ilə başa çatdı. Beləliklə, 30 ilə yaxın işğal altında olan Qarabağ və Azərbaycanın digər torpaqları işğaldan azad edildi. Biz də Bakı və Şuşanı ziyarət edərək azərbaycanlı qardaşlarımızın sevincinə ortaq olduq. İnşallah, qarşıdakı həftələrdə azərbaycanlı qardaşlarımızla yenə bir araya gələcəyik”, – deyə o vurğulayıb.