Ərdoğan: Qəzza zolağından heç nə qalmayıbbackend

Ərdoğan: Qəzza zolağından heç nə qalmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail əməliyyatı səbəbindən Qəzza zolağından heç nə qalmadığını bildirib. O, bu sözləri Almaniya kansleri Olaf Şolz ilə birgə mətbuat konfransında deyib.

Ərdoğan qeyd edib ki, oktyabrın 7-dən sonra baş verənlərdən heç kim danışmır, ancaq uşaq, qadın və qoca da daxil olmaqla 13 min fələstinli öldürülüb.

“Qəzza zolağından heç nə qalmayıb”, – Türkiyə lideri bildirib.

Bundan əvvəl Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunun Qəzzada soyqırım törətdiyinə görə Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (ICC) qarşısına çıxmalı olduğunu demişdi.