Ərdoğan: Rus qazını Avropaya çatdıracağıq!backend

Ərdoğan: Rus qazını Avropaya çatdıracağıq!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə apardığımız danışıqlar nəticəsində bu ölkədən təbii qazın “Türk axını” qaz kəməri ilə Avropaya paylanmasını təmin edəcəyik.

NOCOMMENT axar-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada AKP üzvləri qarşısında çıxışı zamanı deyib.

Ərdoğan hakim partiya üzvləri qarşısında çıxışı zamanı ölkənin enerji sahəsində uğurlarına da toxunaraq, Türkiyənin Qara dənizdə 540 milyard kubmetr qaz ehtiyatı olan yataq kəşf etdiyini bildirib.

Bundan əlavə, Türkiyə lideri İstanbulda kanalın tikintisi ilə bağlı işlərin tezliklə başlanacağını da açıqlayıb. Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi İstanbul boğazını təhdid edən ekoloji təhlükələri aradan qaldıracaq.