Rusiya ilə Ukrayna arasında ədalətli və davamlı sülh mümkündür. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Şurasının rəhbəri Antonio Koşta ilə telefon danışığı zamanı deyib.
NOCOMMENT.az xəbər verir ki, RİA Novosti məlumat yayıb.
RİA Novosti-nin Türkiyə prezidentinin ofisinə istinadən verdiyi xəbərə görə, Ərdoğan Avropa İttifaqı Şurasının rəhbərini təyinatı münasibətilə təbrik edib. O qeyd edib ki, Ankara ilə Aİ arasında münasibətlərin canlanması qarşılıqlı maraqlara uyğundur.
Respublika prezidenti həmçinin qeyd edib ki, “Rusiya ilə Ukrayna arasında ədalətli və davamlı sülh mümkündür”. O əlavə edib ki, Türkiyə əvvəldən sülhə can atıb.