Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh danışıqları Türkiyədə olacaqbackend

Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh danışıqları Türkiyədə olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya-Ukrayna müzakirələrindən sonra sülh masası da Türkiyədə qurulacaq”.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra deyib.
O, çıxışında diqqəti ölkəsinin həyata keçirdiyi diplomatik missiyaya yönəldib:

“Rusiya-Ukrayna müharibəsinin ilk günündən sülhpərvər siyasət həyata keçirmişik. Müzakirə masası İstanbulda qurulduğu kimi sülh danışıqları da Türkiyədə qurulacaq və bu qanlı müharibəyə nöqtə qoyulacaq”.

Türkiyə lideri bu prosesin ölkəsinin beynəlxalq arenadakı vasitəçilik rolunu gücləndirəcəyini də söyləyib.