Türkiyə 2012-ci ildə əlaqələri kəsilən Suriya ilə münasibətləri normallaşdırmaq üçün yaxın günlərdə konkret addımlar ata bilər.
NOCOMMENT.az xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Şimali Atlantika Alyansının sammitindən qayıtdıqdan sonra bildirib.
“Hələlik proses müsbət istiqamətdə inkişaf edir. Ümid edirəm ki, yaxın vaxtlarda biz konkret addımlar atacağıq”, – deyən prezident Türkiyənin xarici işlər naziri Hakan Fidana nizamlanma prosesi üçün yol xəritəsi hazırlamağı artıq tapşırdığını bildirib.
Ərdoğan həmçinin qeyd edib ki, Suriyanın ərazi bütövlüyü Türkiyənin maraqlarına zidd deyil. Onun fikrincə, İran və ABŞ da Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması prosesindən razı qalmalı və təşəbbüsü dəstəkləməlidir.