Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada yerləşən terror qruplaşmalarına qarşı istənilən vaxt əməliyyatların keçirilə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Bölgənin gələcəyində terrora yer yoxdur. Terror və zorakılığı seçənləri gözləyən yeganə aqibət silahları ilə birlikdə torpağa basdırılmaqdır. Bizi bundan heç bir qüvvə saxlaya bilməz”, – deyə o vurğulayıb.