Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ərəb ölkələrini Suriyanın bərpasına kömək etməyə çağıraraq, ölkənin 500 milyard dollardan çox zərər gördüyünü qeyd edib.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərini “TRT Haber” sitat gətirir.
“13 illik kütləvi qətl siyasətinin bu ölkəyə vurduğu ziyan 500 milyard dolları ötür. Suriyaya səfər edən komandalarımız yerdəki mənzərənin daha pis olduğunu deyirlər” , – deyə o vurğulayıb.
Ərdoğan qeyd edib ki, beynəlxalq ictimaiyyət zərər çəkmiş respublikanın bərpasına böyük töhfə verməlidir.