Ərdoğan: Şuşanın mədəniyyət paytaxtı elan edilməsi dünyaya verilən açıq mesajdırbackend

Ərdoğan: Şuşanın mədəniyyət paytaxtı elan edilməsi dünyaya verilən açıq mesajdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ dünyanın ən gözəl yerləri olmaqla yanaşı, mədəniyyət yerlərindən biri idi. İnşallah, yenə həmin hala gətirəcəyik. Dünən qardaşımla birlikdə Şuşada idik”.

NOCOMMENT xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Şuşa bir sənəd akademiyası kimi sənətin ən yüksək səviyyədə yaşadıldığı yer olub: “Şuşa ədəbiyyatın mərkəzi vəzifəsini qoruyub. Bu şəhər dahi bəstəkar Üzeyir Hacıbəylinin, Bülbülün, Natəvanın və digər şairlərin yurdudur. Bu gün Şuşa ayağa qalxır. Şuşanın mədəniyyət paytaxtı elan edilməsi bu mənada dünyaya verilən açıq mesajdır”.