Ərdoğan Təhlükəsizlik Şurasını toplayır: Qarabağa gələn türk ordusu…backend

Ərdoğan Təhlükəsizlik Şurasını toplayır: Qarabağa gələn türk ordusu…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası baş tutacaq.

NOCOMMENT publika.az-a istinadən xəbər verir ki, noyabrın 25-də keçiriləcək iclasa Prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.

İclasın gündəm maddələri Azərbaycanın Qarabağ zəfəri və Şimali Kiprdə qapalı Maraş bölgəsinin bir hissəsinin açılmasından ibarətdir. Bundan əlavə, Türkiyənin Rusiya ilə quracağı Birgə Mərkəzdə və bu mərkəzin görəcəyi işlərdə Türkiyə Silahlı Qüvvələrinin istiqaməti önəmli gündəm maddələrindəndir.

Şurada türk ordusunun Azərbaycandakı vəzifələri və Şərqi Aralıq dənizindəki proseslər başda olmaqla, əhəmiyyətli strateji mövzular müzakirə olunacaq.