Ərdoğan TŞ-nin iclasını keçirdi, bəyanat qəbul olundubackend

Ərdoğan TŞ-nin iclasını keçirdi, bəyanat qəbul olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

NOCOMMENT.az xəbər verir ki, iclasın yekununda bəyanat qəbul edilib.

Türkiyə Milli Təhlükəsizlik Şurası Üçtərəfli Memorandumdan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırıb:

“İsveç və Finlandiya qarşılıqlı anlaşma və terror təşkilatlarına qarşı mübarizə üzrə memorandumundan irəli gələn öhdəliklərini yerinə yetirmək üçün konkret addımlar atmalıdırlar.

Din, vicdan və fikir azadlığı kimi dəyərlərə xələl gətirən hərəkətləri təşviq edən və müdafiə edənlər nifrət cinayətlərinə ortaq olurlar”.