Ərdoğan: Turkish Airlines-ın da adı dəyişdirilirbackend

Ərdoğan: Turkish Airlines-ın da adı dəyişdirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin hava yolu şirkətinin “Turkish Airlines” deyil, “Türkiye Hava Yolları” adlandırılacağını söyləyib.

NOCOMMENT türk mediasına istinadən xəbər verir ki, Prezident bu barədə “Türksat 5B” peykinin işə salınma mərasimində çıxışı zamanı jurnalistlərə açıqlama verib.

“Artıq Turkey yoxdur, Türkiye var. Bundan sonra təyyarələrimizin gövdəsində Turkish Airlines əvəzinə Türkiye Hava Yolları yazacağıq”, – deyə Ərdoğan bildirib.