Ərdoğan: “Türkiyə Aİ ilə ŞƏT arasında seçim etməyəcək”backend

Ərdoğan: “Türkiyə Aİ ilə ŞƏT arasında seçim etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Şərq və Qərblə əlaqələri eyni vaxtda inkişaf etdirmək niyyətindədir.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə liderinin sözlərinə görə, Ankara nə Avropa İttifaqının, nə də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) xeyrinə seçim etmir.

“Türkiyə güclü və hörmətli bir ölkə ola bilər. Biz Aİ və ŞƏT arasında seçim etmirik, seçim etmək lazım deyil”, – deyə o bildirib.

Ərdoğan xatırladıb ki, Türkiyə hazırda ŞƏT-də müşahidəçi statusuna malikdir. Eyni zamanda, Ankara Aİ-yə tamhüquqlu üzv kimi daxil olmağa çalışır.