Türkiyə – Azərbaycan- Özbəkistan xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirləri arasında keçirilən görüş Türk dünyası dövlətləri arasında əməkdaşlığa rəsmi Ankaranın verdiyi dəyərin təzahürüdür.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.
O bildirib ki, Türk dünyası böyük mütəfəkkir İsmayıl Qaspiralının “dildə, əməldə, işdə əməkdaşlıq” prinsipinə böyük önəm verir.
Dövlət başçısı əməkdaşlığın inkişaf edəcəyinə ümidini ifadə edib.
Qeyd edək ki, Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirləri yanvarın 29-da Ankarada görüşüblər.