Ərdoğan: Türkiyə fərqli regionlardakı toqquşmalara son qoymaq üçün bütün imkanlarını səfərbər edirbackend

Ərdoğan: Türkiyə fərqli regionlardakı toqquşmalara son qoymaq üçün bütün imkanlarını səfərbər edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə dünyanın fərqli regionlardakı toqquşmalara, zülmə son qoymaq üçün bütün imkanlarını səfərbər edir.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 avqust – Zəfər Günü münasibətilə təbrik mesajında deyib.

O bildirib ki, Türkiyə bu gün dünənə nisbətən daha güclüdür: “Sabah daha da güclü olacağıq. Hər kəsin ədalətli təmsil olunduğu beynəlxalq sistemi mütləq təsis edəcəyik”.

Prezidentin sözlərinə görə, Türkiyə milləti özünün böyük zəfəri ilə göstərdi ki, əsarəti qəbul etmir: “Türkiyə xalqı iradəsinə zəncir vurdurmaz, öz yurdunda müstəqil olaraq yaşamaq idealından imtina etməz. Biz böyük zəfərlə bunu bir daha göstərdik. Böyük və güclü Türkiyə idealımızı addım-addım reallaşdırırıq”.