Türkiyə hakimiyyəti beynəlxalq normalara riayət edir və Suriya ərazisi ilə bağlı heç bir fikri yoxdur, lakin orada terror təşkilatlarının fəallaşmasına dözməyəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə hökumətinin iclasından sonra Respublika Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.
“Türkiyə beynəlxalq hüququn tələblərinə ciddi şəkildə əməl edir… Bizim Suriya ərazisi ilə bağlı heç bir fikrimiz yoxdur. Amma biz Kürdüstan Fəhlə Partiyasının Suriya qollarının orada aktivləşməsinə dözməyəcəyik”, – TASS Türkiyə liderinin sözlərindən sitat gətirir.
Həmçinin çıxışı zamanı Ərdoğan Suriyanın taleyini suriyalıların özləri həll etməli olduğu fikrini bildirib.