Ərdoğan: Türkiyə tarixi bir seçki yaşayacaqbackend

Ərdoğan: Türkiyə tarixi bir seçki yaşayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə tarixi bir seçki yaşayacaq. Bu seçkilər təkcə önümüzdəki 5 ili deyil, həm də ölkəmizin və millətimizin gələcək dörddəbir əsrini, yarım əsrini müəyyən edəcək”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında qeyd edib.

O, Malatyada 1442 ev, 250 kənd evi və 47 mağazanın təməlqoyma və açar təslim mərasimində çıxış edib.

“Hansı işlə məşğul olmağımızdan asılı olmayaraq, biz həmişə qəlbimizdə, beynimizdə, buradakı insanlarımızın yanındayıq. Biz bu zəlzələni heç vaxt unutmadq, zəlzələdə itirdiyimiz canları, zəlzələnin xarabalıqları altında qalan xəyalları unutmadıq” deyə Ərdoğan qeyd edib.

NOCOMMENT.AZ