Türkiyə terrorla mübarizə məsələsində təkcə regionun deyil, dünyanın ən qətiyyətli ölkələrindəndir.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəhid ailələrinin üzvləri və qazilərlə iftar proqramında çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə həm sərhədləri daxilində, həm də ondan kənarda terrorla mübarizədə ən bacarıqlı aktorlardandır.
Ərdoğanın sözlərinə görə, Türkiyə hökuməti bütün addımlarında xalqı düşünür: “Türkiyə indi qurulan oyunlara gedən yox, xain və riyakar oyunları pozan aktora çevrilib”.