Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Türkiyənin İsraillə diplomatik əlaqələrini kəsdiyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Biz Türkiyə Cümhuriyyətinin dövləti və hökuməti olaraq İsraillə əlaqələri kəsmişik”, – deyə RİA Novosti ondan sitat gətirir.
O əlavə edib ki, hazırda Türkiyə ilə İsrail arasında heç bir münasibət yoxdur və onların bərpası üçün heç bir addım atılması planlaşdırılmır.