Ərdoğan Ukrayna ilə bağlı Putinə müraciət edibbackend

Ərdoğan Ukrayna ilə bağlı Putinə müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Ukraynada sülhün bərqərar olması üçün səylərini davam etdirəcək.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Qazaxıstanın paytaxtı Astanada keçirilən sammitində Rusiya lideri Vladimir Putinə bildirib.

“Ərdoğan bildirib ki, Türkiyə regionda və dünyada sülhün bərqərar olması üçün səylərini davam etdirəcək”, – Türkiyə Prezident Administrasiyası bildirib.