Ukraynada münaqişənin uzanması diplomatiya üçün getdikcə daha az imkan yaradır.
NOCOMMENT.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyinin Budapeştdə keçirilən sammitində çıxışı zamanı deyib.
Eyni zamanda, o, bu münaqişənin yaratdığı neqativliyin “hər gün daha da pisləşdiyini” bildirib.
Türkiyə lideri oktyabrda Rusiya prezidenti Vladimir Putinlə görüşdüyünü, ondan əvvəl isə Ukraynanın xarici işlər naziri Andrey Sibiqanı qəbul etdiyini də xatırladıb.
“Mən onlara diplomatiya üçün məkanın açılmasının zəruriliyi ilə bağlı mesajlarımızı çatdırdım”, – o əlavə edib.