Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və amerikalı həmkarı Cozef Bayden arasında telefon danışığı olub.
NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu Türkiyə lideri NATO-nun Madrid sammitinə yola düşməzdən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib.
“ABŞ Prezidenti bu axşam və ya sabah görüşmək arzusunu bildirdi. Biz də – “Ola bilər”, – dedik”, – deyə R.T.Ərdoğan vurğulayıb.