Ərdoğan və Baydenin nə vaxt görüşə biləcəyi məlum olubbackend

Ərdoğan və Baydenin nə vaxt görüşə biləcəyi məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Co Bayden arasında əvvəllər təxirə salınmış danışıqlar iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammiti çərçivəsində baş tuta bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Habertürk” mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, sammitin əsas mövzusu Rusiya-Ukrayna münaqişəsi olacaq.

Telekanal xəbər verir ki, Ərdoğan həm də NATO liderlərinin diqqətini İsrailin Fələstin ərazilərində davam edən hücumlarına cəlb edə bilər.

Bundan əvvəl Ərdoğan bildirib ki, Birləşmiş Ştatlar və Qərb ölkələri Qəzza zolağında atəşkəslə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsinin yerinə yetirilməsi üçün İsrailə təzyiq göstərməlidir.