Ərdoğan və Fiko Ukraynadakı durumu müzakirə edibbackend

Ərdoğan və Fiko Ukraynadakı durumu müzakirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankara və Bratislava Ukraynadakı münaqişənin tezliklə həllinin tərəfdarıdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Ankarada danışıqlardan sonra Slovakiyanın baş naziri Robert Fiko ilə birgə mətbuat konfransında bildirib.

“Biz münaqişənin dərinləşməməsi üçün Ukraynada mümkün qədər tez sülhün bərqərar olmasının zəruriliyi ilə bağlı razılığa gəldik”, – deyə o vurğulayıb.

Qeyd edək ki, dekabrın sonunda Türkiyə İstanbulda Rusiya və Ukrayna arasında danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu bildirib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan daha əvvəl Ukraynadakı münaqişənin genişlənməsi riskləri barədə xəbərdarlıq edib.