Kreml prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin görüş keçirəcəyini açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, Kremlin sözçüsü Dmirtri Peskov jurnalistlərə bildirib ki, Moskva prezident Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri ilə bağlı yaxın vaxtlarda rəsmi açıqlama verəcək .
Rusiyada keçiriləcək sammitin sentyabrın ilk həftəsində baş tutacağı gözlənilir.
Rusiyanın TASS agentliyinin xəbərinə görə, Peskov “Bu görüş tezliklə Rusiyada baş tutacaq. Yaxın bir neçə gün ərzində rəsmi açıqlama verəcəyik” deyib.
Prezident Ərdoğanın Rusiya səfəri ilə bağlı müxtəlif mənbələr fərqli tarixlər verib. Bloomberg Ərdoğanla Putinin sentyabrın 8-də görüşəcəyini iddia edərkən, başqa bir mənbə görüşün sentyabrın 4-də Soçidə baş tutacağını irəli sürüb.
Hələlik nə Türkiyə, nə də Rusiya bu görüşün rəsmi tarixini açıqlamayıb.
Peskov əvvəlki açıqlamasında iki liderin tezliklə görüşəcəyini bildirmişdi.