Ərdoğan Yaponiyanın baş naziri ilə telefon danışığı aparıbbackend

Ərdoğan Yaponiyanın baş naziri ilə telefon danışığı aparıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Rəcəb Tayyib Ərdoğan Yaponiyanın Baş naziri Fumio Kişida ilə telefon danışığı aparıb.

NOCOMMENT.az xəbər verir ki, Görüşdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyanın prezidentliyinə yenidən seçilməsi münasibətilə təbriklərini çatdırıb.

Türkiyə-Yaponiya strateji tərəfdaşlığının bu il onuncu ildönümünün, gələn il isə diplomatik əlaqələrin qurulmasının 100-cü ildönümünün qeyd ediləcəyini xatırladan prezident Ərdoğan, ikitərəfli əməkdaşlığı geniş sahələrdə inkişaf etdirmək istədiyini bildirib.

Əsrin fəlakəti olan Kahramanmaraş zəlzələləri qarşısında Yaponiyanın göstərdiyi dəstəyin və həmrəyliyin davam etməsini arzuladığını ifadə edən prezident Ərdoğan, Yaponiyanın Türkiyənin terrorla mübarizəsinə daha konkret töhfələr verəcəyinə inandığını söyləyib.

Prezident Ərdoğan görüş zamanı Yaponiyanın baş naziri Fumio Kişini Türkiyəyə dəvət edib.

NOCOMMENT