Ərdoğan Zelenski ilə danışıqlar apardığını bildiribbackend

Ərdoğan Zelenski ilə danışıqlar apardığını bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi, mayın 12-də Ukrayna lideri Vladimir Zelenski ilə danışıqlar apardığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Bir müddət əvvəl biz Ukrayna prezidenti cənab [Volodimir] Zelenski ilə danışıqlar apardıq”, o qeyd edib.

Ərdoğan danışıqların təfərrüatlarını açıqlamayıb, lakin əlavə edib ki, o, ABŞ prezidenti Donald Trampın “qaynar münaqişələri dialoq və diplomatiya yolu ilə həll etmək” istəyini dəstəkləyir.