Ərdoğan Zelenski ilə görüşübbackend

Ərdoğan Zelenski ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

NOCOMMENT xəbər verir ki, Rabitə Müdirliyindən verilən açıqlamaya görə, görüşdə Rusiya-Ukrayna müharibəsində baş verənlər müzakirə edilib.

Prezident Ərdoğan görüş zamanı bildirib ki, Kahovka bəndində baş verən partlayışın təfərrüatlı araşdırılması üçün müharibə edən tərəflər, BMT və Türkiyə də daxil olmaqla beynəlxalq ictimaiyyətin ekspertlərinin iştirakı ilə komissiya yaradıla bilər.

Türkiyə olaraq bu mövzuda əllərindən gələni etməyə hazır olduqlarını ifadə edən prezident Ərdoğan, taxıl dəhlizində olduğu kimi danışıqlar metodunun izlənilə biləcəyini də dilə gətirib.

Qarşıdurmalar davam etdikcə hər gün baş verən insan itkilərinin qarşısının alınmasının mümkün olmayacağını vurğulayan prezident Ərdoğan ədalətli sülhün bərqərar olması üçün səylərini qətiyyətlə davam etdirəcəklərini bildirib.