Ərdoğan zəlzələ bölgəsindəbackend

Ərdoğan zəlzələ bölgəsində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdə zəlzələ baş verən bölgəyə gedib.

NOCOMMENT.az xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən qurulan koordinasiya mərkəzinə gələn Türkiyə Prezidenti ərazidə aparılan axtarış-xilasetmə işləri ilə tanış olub.

Qeyd edək ki, Türkiyənin Egey vilayətində baş verən 6,6 bal gücündə zəlzələ nəticəsində İzmir vilayətinin Bayraklı bölgəsində 17 bina dağılıb. İndiyədək 35 nəfər həlak olub, 885 nəfər isə yaralanıb.

Məlumata görə axtarış-xilasetmə işləri davam etdirilir.