Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra önəmli açıqlamalar verib.
NOCOMMENT.az xəbər verir ki, Kahramanmaraş mərkəzli zəlzələlərdə can itkisinin 46 min 104-ə yüksəldiyini qeyd edib.
“Fevralın 6-sı saat 04:17-də yaşadığımız ilk zəlzələ anından etibarən dövlət və xalq olaraq bütün imkanlarımızı səfərbər etdik. Bütün nazirlik, qurum və təşkilatlarımızın axtarış-xilasetmə, yardım və dəstək imkanlarını bölgəyə yönəltdik.
Təxminən 9 saat sonra baş verən ikinci zəlzələ fəlakətin nəticələrini daha da ağırlaşdırdı.
62 rayonda, 11 əyalətdə 10 min 190 kənddə dağıntılara səbəb olan zəlzələnin ölkəmizdə və bölgədə sərt qış şəraitində baş verməsi işləri daha da çətinləşdirdi.” deyə Ərdoğan açıqlama verib.