Ərdoğan zəlzələdə xəsarət alanları ziyarət edibbackend

Ərdoğan zəlzələdə xəsarət alanları ziyarət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda baş verən iki zəlzələdə yaralanan və Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasına gətirilən zəlzələ qurbanlarını ziyarət edib.

NOCOMMENT xəbər verir ki, fevralın 6-da Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər nəticəsində xəsarət alan bəzi vətəndaşlar İstanbuldakı xəstəxanalara sövq edilib.

Prezident Rəcəb Tayyib Ərdoğan saat 17.30 radələrində Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasına gəlib, zəlzələdə xəsarət alanları və onların ailələrini ziyarət edib. Ərdoğanı həyat yoldaşı Əminə Ərdoğan və İstanbul valisi Əli Yerlikaya müşayiət edib. Prezident zəlzələdən zərərçəkənlərə xəstə otaqlarında baş çəkib, onların vəziyyəti ilə bağlı məlumat alıb. Ərdoğan təxminən 1,5 saat qaldığı xəstəxanadan çıxıb.