2023-cü ilin fevralında baş vermiş zəlzələlər nəticəsində evlərini itirmiş Türkiyə vətəndaşlarının əksəriyyəti artıq yeni mənzillərin açarlarını alıb. Bütövlükdə təbii fəlakət zonasında 300 min yaşayış və ticarət obyekti istifadəyə verilib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malatya vilayətində 9 mindən çox yeni mənzil və kommersiya obyektinin sahiblərinə təqdim edilməsi mərasimində bildirib.
Onun sözlərinə görə, bu ilin sonuna qədər təbii fəlakət zonasındakı 11 əyalətdə tikilən obyektlərin sayı 453 minə çatacaq.