Ərdoğandan Finlandiyaya yaşıl işıq, İsveçə isə…backend

Ərdoğandan Finlandiyaya yaşıl işıq, İsveçə isə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Ərdoğan “Qurani-Kərim”in yandırılmasına icazə verən İsveçə reaksiya verib.

NOCOMMENT.az xəbər verir ki, İsveçin üzünə NATO-nun qapısını bir daha bağlayan Ərdoğan “İsveç, boş yerə səy göstərməyin. Quranın yandırılmasına və cırılmasına icazə verdiyin müddətcə sənə hə deməyəcəyik.” dedi.

“Finlandiya ilə problemlər daha azdır, fikirlərimiz müsbətdir” deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə ilə İsveç arasında NATO-ya üzvlük müzakirələri davam edərkən ifrat sağçı siyasətçi Rasmus Paludanın Quran təxribatı prezident Ərdoğanın İsveçə üzvlük qapılarını sona qədər bağlaması ilə nəticələndi.

NOCOMMENT.az