Ərdoğandan gənclərlə görüş ilə bağlı paylaşımbackend

Ərdoğandan gənclərlə görüş ilə bağlı paylaşım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Rəcəb Tayyib Ərdoğan Rami Kitabxanasında gənclərlə görüşüb.

NOCOMMENT.az xəbər verir ki, Prezident Ərdoğan sosial media hesabında bu barədə paylaşım edib.

“Rami Kitabxanamızda gənc qardaşlarımla gözəl görüş keçirdik. Söhbətimizə bu axşam saat 21.00-da sosial media hesablarımızdan və televiziya kanallarımızdan baxa bilərsiniz” deyə açıqlama verib.

Ərdoğan görüşün videosunu da paylaşımına yerləşdirib. Videoda gənclərin üzündəki təbəssümün onu sevindirdiyini bildirən Ərdoğan, “Yəqin ki, yaxşı xəbərlər verirsiniz elə deyilmi?” deyə soruşub.

Videoda CHP-li babasını AK Partiya üzvü olmağa razı salan gənclə yanaşı, sual verən, gündəmə münasibət bildirən və həyəcanla qurduğu cümlələrlə təbəssüm yaradan bəzi gənclər yer alıb.

NOCOMMENT.AZ