Prezident Rəcəb Tayyib Ərdoğan Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Liderlər Zirvə toplantısının ikinci günündə ikitərəfli təmaslarını davam etdirir.
NOCOMMENT.az xəbər verir ki, prezident Ərdoğan ilk olaraq İspaniya Baş naziri Pedro Sançezlə görüşüb.
Nümayəndə heyətlərinin iştirak etdiyi toplantıda Ərdoğanı xarici işlər naziri Hakan Fidan, İbrahim Kalın, Fahrettin Altun və Prezident Administrasiyasının baş müşaviri, səfir Akif Çağatay Kılıç müşayiət edib.
Ərdoğan,Hollandiya Baş naziri Mark Rutte və Yunanıstan Baş nazir Kiriakos Mitsotakisilə də görüşüb.