Ərdoğandan qaçırılmış Türkiyə gəmisi ilə bağlı açıqlama – VİDEObackend

Ərdoğandan qaçırılmış Türkiyə gəmisi ilə bağlı açıqlama – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qaçırılmış gəmi ilə bağlı açıqlama verib.

NOCOMMENT Baku TV-yə istinadən xəbər verir ki, gəmidə olan 19 heyət üzvündən üçü canlarını qurtara bilib, 15 nəfər isə girov götürülüb.

Ərdoğan həmin gəminin kapitanı Furkan Yaren ilə iki dəfə telefonla danışdığını bildirib.

Qeyd edək ki, ötən gün Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib. “Boden” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəminin heyət üzvlərindən 15 nəfəri zorla aparılıb.

Gəminin ikinci mühəndisi öldürülüb. Öldürülən şəxsin azərbaycanlı Fərman İsmayılov olduğu qeyd olunur.