Prezident Rəcəb Tayyib Ərdoğan Qazaxıstan prezidenti Kasım Jomart Tokayevə telefonla zəng edərək meşə yanğınında 14 meşə işçisinin həlak olması ilə bağlı başsağlığı verib.
NOCOMMENT.az xəbər verir ki, Ərdoğan Qazaxıstanda baş verən meşə yanğınında həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib.
Ərdoğan Qazaxıstanın ehtiyac duyacağı yardımı göstərməyə hazır olduqlarını bildirib.
NOCOMMENT.AZ