Ərdoğandan Rusiya açıqlaması: Danışıqlar davam edirbackend

Ərdoğandan Rusiya açıqlaması: Danışıqlar davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya və Rusiya ilə COVİD-19 peyvəndinin hazırlanması istiqamətində birgə işlərin aparılması üçün danışıqlar davam edir. Hazırda Türkiyəyə üç milyon doza peyvənd gətirilib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, peyvəndləmə işlərinin aparılması ilə koronavirusa yoluxma və bu səbəbdən ölüm hallarının azalacağına inanır.

Ötən il dünyada baş verən hadisələri dəyərləndirən Türkiyə prezidenti 2020-nin bütün insanlıq üçün çətin keçdiyini bildirib. Qeyd edilib ki, dünənki statistika ilə birlikdə bütün dünyada COVİD-19-dan ölənlərin sayı 1 milyon 819 min olub.

“İnanırıq ki, alınan tədbirlərin nəticəsi olaraq 2021-ci il bu sahədə bir geriləmə ili olacaq. Hədəfimiz ölkəyə 50 milyon doza peyvəndin gətirilməsidir. Bununla yanaşı, Almaniyadan da bir o qədər peyvəndin gətirilməsi müzakirə olunur”, – deyə Ərdoğan bildirib.