Ərdoğandan Şuşa səfəri ilə bağlı daha bir AÇIQLAMAbackend

Ərdoğandan Şuşa səfəri ilə bağlı daha bir AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“NATO zirvəsindən sonra Azərbaycana səfər edəcəm”.

NOCOMMENT.az xəbər verir ki, bunu bu gün Brusselə səfərdən öncə keçirilən mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

R. T. Ərdoğan deyib ki, Türkiyə-Azərbaycan qardaşlığı bölgədə sülh və rifahın təməlidir: “Azərbaycan Qarabağda tarixi bir zəfərə imza atıb, 30 illik işğala son qoyub. Bu zəfər bölgədə davamlı sülhün də əsasını qoyub”.

Ermənistanda daxili siyasi maraqlara görə bu sülhə xələl gətirilməsinin arzuedilməz olduğunu vurğulayan R. T. Ərdoğan keçən il 10 dekabrda Bakıda Zəfər paradını, Azərbaycanın haqlı uğurunu izlədiyini xatırladıb: “Bu dəfə Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm. Qardaşım İlham Əliyevlə birlikdə Türk Dünyası üçün də tarixi şəxsiyyətlər yetişdirmiş Şuşanı ziyarət edəcəyik. 16 iyunda isə qardaşım İlham Əliyevlə Bakıda Türkiyə millisinin oyununu izləyəcəm”.

APA