Ərdoğandan Tanrıkuluna reaksiyabackend

Ərdoğandan Tanrıkuluna reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Ərdoğanın Sezgin Tanrıkuluna reaksiyasında “Bu adam dünyanın ən şərəfli və cəsur ordusunu tənqid etdiyinə görə qanun qarşısında cəzalandırılacaq” ifadələrini işlədib

NOCOMMENT.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Hindistanda keçirilən G20 Liderlər Zirvə Toplantısından qayıdarkən gündəmi dəyərləndirib.

“Seçki zamanı Kandildən CHP-yə və onun namizədi Kamal Kılıçdaroğluna salamlar və dəstəklər göndərilərkən, bu şəxs CHP kimliyi ilə terror təşkilatının qurulduğu kənddən təşkilatı salamlayırdı. Bu millət CHP və terror təşkilatının həmrəyliyini unutmadı və sandıq başına cavab verdi. Bu şəxs dünyanın ən şərəfli və cəsur ordusunu tənqid etdiyinə görə qanun qarşısında cəzasını alacaq. Düşmənlərinin belə şücaətini təriflədiyi Türkiyə Silahlı Qüvvələrimizə qarşı bu qorxaqcasına təhqir və böhtanlar cəzasız qalmayacaq” deyə Ərdoğan bildirib.