Ərdoğanı təbrik edən Makron münasibətləri yaxşılaşdırmaq istəyirbackend

Ərdoğanı təbrik edən Makron münasibətləri yaxşılaşdırmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Anne-Kler Legendre prezident Emmanuel Makronun yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğana türk və fransız dillərində təbrik mesajının onun Fransa ilə Türkiyə arasında münasibətləri yaxşılaşdırmaq istəyini ortaya qoyduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyinin mətbuat katibi Ann-Kler Legendre nazirliyin həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bu barədə açıqlama verib.

O, Makronun Türkiyədəki seçkilərlə bağlı açıqlama verdiyini və prezident Ərdoğanla telefonla danışdığını qeyd edib.

Legendre Makronun Fransa və Türkiyənin Avropaya sülhün qaytarılması, Avro-Atlantik ittifaqın gələcəyi və Aralıq dənizindəki problemlər kimi birlikdə öhdəsindən gəlməli olan dərin məsələlərin olduğunu bəyan etdiyini xatırladıb.

NOCOMMENT.AZ